Gürcüstan Azərbaycanla sərhədləri bağladı? - RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstan Azərbaycanla sərhədləri bağladı? - RƏSMİ AÇIQLAMA

10:34 - 27 / 02 / 2020
Gürcüstan Azərbaycanla sərhədləri bağladı? - RƏSMİ AÇIQLAMA

Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil.

1news.az xəbər verir ki, bu barədə APA-ya Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib. Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət, sadəcə, İranla gediş-gəlişlərə tətbiq edilib", - açıqlamada bildirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi də APA-nın yerli bürosuna açıqlamasında Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bu arada Azərbaycanın Gürcüstandakı səfirliyindən “Report”un yerli bürosuna bildirilib ki, Gürcüstan Azərbaycana quru yolla gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Qeyd olunub ki, məhdudiyyətin iki həftə ərzində qüvvədə olacağı nəzərdə tutulub.

Səfirlikdən həm də bildirilib ki, hazırda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilən şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələ məlumat alınmayıb.

Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan 50 yaşlı Gürcüstan vətəndaşında təsdiq olunub. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir.

1news.az

Paylaş:
1394

Son xəbərlər

Bütün xəbərlər