Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşdı

09:52 - 09 / 03 / 2020
Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşdı

"OPEK+" anlaşması bitdikdən sonra ilk iş günü “Brent” markalı neftin qiyməti 31% (14 dollar) ucuzlaşıb.

1news.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hal-hazırda bu markalı neftin bir barreli 31,43 dollara satılır.

“WTI” markalı neftin də qiyməti 27% ucuzlaşaraq 30,27 dollar təşkil edib.

Son göstəriciyə əsasən, “Brent” markalı neftin barreli 35,6 dollara satılırdı.

1news.az

Paylaş:
1521

Son xəbərlər

Bütün xəbərlər