“Dünya karatesinin brilyantı” Rafael Ağayev MFL-də dublla debüt etdi – FOTO – VİDEO
Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev MFL-də debüt edib.
1news.az-ın məlumatına görə, ölkəmizdə ən böyük həvəskar futbol liqası olan MFL artıq çoxdan keçmiş peşəkarlar, məhəllə futbolçuları və adi həvəskarlar üçün ən cəlbedici turnirə çevrilib.
Lakin 25-ci turun matçında xüsusi diqqətə layiq bir hadisə baş verdi. Dünyanın ən məşhur karateçisi Rafael Ağayev MFL-in bir hissəsi oldu.
Bazar ertəsi günü, martıq 9-da “Squadra” “Veteran”ı 13: 1 hesabı ilə məğlub etdi.
“Squadra” komandasının tərkibində məşhur bir idmançı meydanda göründü. Üstəlik, Rafael Ağayev sadəcə bir neçə dəqiqə oynamaq imkanı verilmədi. “Dünya karatesinin brilyantı” MFL-dəki debüt matçında iki qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə də etdi.
Qeyd etmək lazımdır ki, “Squadra” əsl arzulanan komanda toplayıb və 25 turdan sonra İnfinity konferensiyasının vahid lideridir. Rafael Ağayev hələ qış transfer pəncərəsi zamanı turnir üçün elan edilsə də, gərgin iş qrafikinə görə yalnız 25-ci turda debüt edə bildi.
Oyundan dərhal sonra Rafael Ağayev ölkənin ən böyük həvəskar futbol liqasında debütü ilə bağlı fikirlərini MFL TV ilə bölüşdü.
“Yaxın dostlarım məni MFL-də iştirak etməyə dəvət etdilər. Dəvətə görə onlara çox minnətdaram, çünki heç vaxt peşəkar səviyyədə futbol oynamamışam. Buna baxmayaraq komandaya kömək etməyə çalışdım. MFL sayəsində bir çox insanlarla tanış oldum. İdman elə bir fəaliyyətdir ki, meydanda və ya tatamidə rəqib ola bilərsiniz, amma həyatda dost qalırsınız. Bütün Liqa üzvlərinə uğurlar arzu edirəm. Eyni zamanda, komandamla fəxr edirəm və onun uğuruna inanıram.
Futbol və karate tamamilə fərqli idman növləridir. Hər bir idman növü özünə görə çətin, amma gözəldir. Həmişə futbola marağım olub və 6-7 yaşımdan oynamışam. Atam futbolçu idi və 25 il Sumqayıt komandasında oynadı. Futbol və karate arasında seçim etməli olanda karateni seçdim və bu seçimimdə heç peşman deyiləm. Karate mənim həyatımdır. Futbol isə sevimli hobbim olaraq qalır.
İdman mübarizədir və emosiyalardır. Meydanda qarşıdurma barədə normal fikirdəyəm. Hər bir idmançı bir anlıq emosiyalara qapıla bilər, ancaq hər zaman rəqiblərə və hakimin qərarlarına hörmətlə yanaşmaq lazımdır. Qırmızı vərəqəni səbəbsiz vermirlər. Ancaq futbol meydanında qırmızı vərəqə alacağıma heç ümid etməyin”- deyə, R.Ağayev qeyd edib.
Xatırladaq ki, Rafael Ağayev (75 kq) artıq Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirakını təmin edib və hazırda sistematik şəkildə, bəlkə də karyerasının əsas başlanğıcına hazırlaşır. Ancaq futbola olan sevgisindən də vaz keçmir. Məlumdur ki, Rafael İtaliya millisinin və Turinin “Yuventus” klubunun qızğın pərəstişkarıdır. MFL Arenanın meydanlarında isə Rafael tək tatamidə deyil, həm də futbolda yaxşı olduğunu göstərir.
MFL müxtəlif insanları birləşdirməyə davam edir.
Teymur Maksutov, E.T.