Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu   | 1news.az | Xəbərlər
Dünya

Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

10:55 - 11 / 03 / 2020
Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

Türkiyədə yeni koronavirusa (Covid-19) yoluxan ilk hadisə qeydə alınıb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

“Dünən axşam ölkə vətəndaşından koronavirus şübhəsilə bağlı analiz götürülüb və nəticələr müsbət olub”, - Anadolu agentliyi nazirin sözlərini sitat gətirir.

Onun sözlərinə görə, virusa yoluxmuş vətəndaş yaxın günlərdə Avropadan qayıdıb: “Hazırda pasiyent karantində saxlanılır. Onun vəziyyəti qənaətbəxş kimi qiymətlndirirlir. Həmçinin xəstənin ailə üzvləri və onunla yaxın olanlar da nəzarətə götürülüb”.

S.Xankişiyeva

 

 

Paylaş:
1349

Son xəbərlər

Bütün xəbərlər