Azərbaycan polisindən xeyirxahlıq jesti: “Sahibsiz heyvanları da unutmadıq!” – VİDEO

“Sahibsiz heyvanları da unutmadıq!” – bu şüarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Facebook rəsmi səhifəsində yerləşdirilən video sosial şəbəkə istifadəçilərinin ürəyinə toxunub.
Videoda polis əməkdaşı bir neçə sahibsiz iti yanına çağıraraq onlara yemək verir.
Son çətin günlərdə belə bir jest həm insanı sevindirir, eyni zamanda video-çarxa baxarkən üzdə təbəssüm yaradır.
Axı çətin günlərdə bir olaraq bir-birini dəstəkləmək və qayğı göstərmək olduqca vacibdir.
Polisin bu addımı olduqca təqdirəlayiqdir!
S.Xankişiyeva
818