Azərbaycanlı polislərin növbəti xeyirxah əməli – FOTO

Facebook sosial şəbəkəsində Farid Pardashunas adlı istifadəçi azərbaycanlı polislərin növbəti xeyirxahlıq əməlinin fotosunu çəkərək paylaşıb.
F.Pardashunas öz statusunda qeyd edir ki, zibillikdə eşələnən bir kişiyə polislər yaxınlaşaraq yemək verirlər. Daha sonra kişi onlardan siqaret istəyir. Bu dəfə də polis əməkdaşı ona bir qutu siqaret verir.
Sosial şəbəkə istifadəçisi xüsusilə bu çətin günlərdə polisin bu addımından çox təsirləndiyini qeyd edib.
Dünən azərbaycanlı polislərin digər xeyirxah əməli haqda yazmışdıq.
Azərbaycan polisindən xeyirxahlıq jesti: “Sahibsiz heyvanları da unutmadıq!” – VİDEO
S.Xankişiyeva
859