Məşhur aparıcı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur aparıcı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

13:26 - 03 / 04 / 2020
Məşhur aparıcı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Azad Azərbaycan Televiziyasının (ATV) tanınmış aparıcısı Lalə Azərtaş örnək addımı ilə gündəmə gəlib.


1news.az xəbər verir ki, tanınmış teleaparıcı, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 manat ianə edərək, addımı ilə bir çoxlarına nümunə olub. 


L.Azərtaş, indiki şəraitdə həyatlarını təhlükəyə ataraq, fəaliyyət göstərən şəxslərə, o cümlədən tibb işçilərinə öz təşəkkürünü çatdırıb.


Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirir.


Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcəkdir.

Paylaş:
825

Son xəbərlər

Bütün xəbərlər