Kiçikhəcmli gəmilərin texniki baxışdan keçirilməsi DAYANDIRILDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Kiçikhəcmli gəmilərin texniki baxışdan keçirilməsi DAYANDIRILDI

15:40 - 03 / 04 / 2020
Kiçikhəcmli gəmilərin texniki baxışdan keçirilməsi DAYANDIRILDI

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Xüsusi karantin rejimində texniki baxış müddəti bitmiş kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.

Qafar Ağayev

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər