İstanbul, London və Moskvada olan 300-ə yaxın soydaşımız Bakıya gətirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbul, London və Moskvada olan 300-ə yaxın soydaşımız Bakıya gətirildi

16:32 - 03 / 04 / 2020
İstanbul, London və Moskvada olan 300-ə yaxın soydaşımız Bakıya gətirildi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən aprelin 3-də İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib. Həmin reyslə Bakıya  106 nəfər  Azərbaycan vətəndaşı çatdırılıb.

Qurumun mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, eyni zamanda, bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarəsi ilə 69 sərnişinlə Londondan Bakıya reys həyata keçirilib.

Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur.

1news.az

Paylaş:
873

Son xəbərlər

Bütün xəbərlər