#Senetinledestekle challenge: Vaqif Mustafazadə və Bəhram Bağırzadə işığı – FOTO   | 1news.az | Xəbərlər
Cəmiyyət

#Senetinledestekle challenge: Vaqif Mustafazadə və Bəhram Bağırzadə işığı – FOTO  

19:00 - 03 / 04 / 2020
#Senetinledestekle challenge: Vaqif Mustafazadə və Bəhram Bağırzadə işığı – FOTO  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi #senetinledestekle challenge-i çərçivəsində izləyicilərin asudə vaxtını öyrənmək və maariflənmək üzərində qurmağa, onları #evdeqal-araq sənətçilərimizlə görüşdürərkən həm də yeni biliklər əldə etməyi nəzərdə tutur.

Bu məqsədlə aprelin 3-ü saat 23.00-da baş tutacaq növbəti görüşü Azərbaycan musiqi tarixində yeni caz-muğam üslubunun banisi, milli cazın görkəmli nümayəndəsi, Əməkdar artist, Dövlət mükafatı laureatı, pianoçu, bəstəkar Vaqif Mustafazadənin 80 illik yubileyinə həsr edir.

Bizə qapılarını açıb sənəti ilə dəstəkləyən isə tanınmış aktyor, rejissor, rəssam, yazar, Əsrin çempionu olan “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadədir. Bəhram Bağırzadə təqdimatı zamanı izləyicilərimizlə müxtəlif mövzularda müsabiqə keçirəcək.

Canlı bağlantıya qoşulub fəallıq nümayiş etdirən intellektinə, məntiqinə, dünyagörüşünə güvənən izləyicilərimizi maraqlı sürprizlər gözləyir.

Suallarınızı, arzu və istəklərinizi, eyni zamanda cavablarınızı @bakimedeniyyetidaresi Instagram hesabına göndərə bilərsiniz.

S.Xankişiyeva

Paylaş:
1889

Son xəbərlər

Bütün xəbərlər