İbrahim Məmmədov: Hər kəs qaydalara riayət etsə, virusa yoluxma azalacaq – VİDEO

“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri “Real” TV-nin efirində deyib:
“Hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır. Biz sağalmalarda isə bunu görmürük. Ona görə də nə qədər ki, bu tendensiya belə davam edəcək, bu, o deməkdir ki, biz mənfi istiqamətdə gedirik. O zaman ki, biz görəcəyik ki, yoluxma pik həddinə çatdı və artıq yoluxma arta-arta getmir, ən azı sabit qalıb”.
Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, azalma prosesi gedər:
“Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra da artıq bu məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.
YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz
S.Xankişiyeva