Mingəçevirdə gənc sahibkardan nümunəvi addım - Ehtiyacı olanlara ərzaq payladı - FOTO

Mingəçevir şəhərində gənc sahibkar xeyirxah addım atıb.
1news.az xəbər verir ki, Mincgəçevir şəhərində Çörək sexi sahibi olan Mirasim Yunisov koronavirusa görə evdə qalan aztəminatlı ailələrə öz hesabına ərzaq paylayıb.
Mirasim Yunisov 1news.az-a bildirib ki, belə günlərdə aztəminatlı ailələrə yardım etmək vətəndaşlıq borcudur: “Koronavirusa epidemiyasının qarşısını almaq məqsədi ilə ölkəmizdə kifayət qədər tədbirlər görülür. Bu müddət ərzində hər birimiz əlimizdən gəldiyi qədər ehtiyacı olanlara yardım etməliyik. Şəhərimizin digər sahibkarlarını da bu kampaniyada aktiv olmağa çağırıram”.






Qafar Ağayev
1209