Hikmət Babaoğlu: Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq

"Azərbaycan koronovirusa qarşı mübarizədə təsirli və səmərəli tədbirləri görməyi bacaran ölkələr sırasındadır" .
1news.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, bu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeyd edilməkdədir:
"Elə hazırda ölkəmizdəki real vəziyyət də epidemiyanın daha çox yayılması təhlükəsinin nazarət altında saxlanıla bildiyindən xəbər verir . Ancaq nə qədər ki , vətəndaş məsuliyyəti və sosial məsuliyyət arzu olunan səviyyədə deyi o qədər də evvektiv nəticədən danışmaq tezdir . Ona görə də qarantin rejiminin tələblərinə əməl etmək hər bir vətəndaşımızın yeni həyat tərzinə çevirilməlidir . Sosial məsuliyyət və sosial təcridolunma yaxud özünü sosial təcridetmə hazırki mərhələdə koronovirausa qarşı ən effektiv "dərman" kimi başa düşülməlidir . Ancaq təssüf ki , bəzən hələ də epidemiya təhlükəsini ciddiyə almayanlar var . Artıq belə hallara qarşı tədbirlər sərtləşdirilib və düşünürəm ki , bu öz nəticəsini verəcək . Ancaq ehtiyac yaranarsa daha da sərt tədbirlərin alınması mütləq nəzərdə tutulmalıdır" .
Deputat bildirib ki, Azərbaycan dövləti təhlükəni minimizə etmək üçün kompleks tədbirlər həyata keçirir.
"İqtisadi blokda həyata keçirilən tədbirlər də bura daxildir. Hamıya aydındır ki , epidemiya sosial sferada ciddi fəsadlar yartdığı qədər iqtisadi sektorda da böyük zərərlərə yol açır. Bu istiqamətdə önə çıxan əsas problemlərdən biri də sosial təminatı zəif olan təbəqənin və sahibkarlığın dəstəklənməsi məsələsidir . Hazırda bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilməkdədir .İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üzrə on istiqamətdə xüsusi proqram hazırlanıb .Buraya sahibkarlığın dəstəklənməsindən başlamış vergi güzəştləri ,ipoteka kreditləri ,elektrik enerjisinin kommunal limitlərinin artırılması və.s kimi bütöv bir baket daxildir .
Paketin icrası nəticəsində 300 mindən çox işçinin əmək haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq . Həyata keçirilən bu tədbirlər sübhəsiz ki , ölkəmizdə iqtisadi dinamizmi təmin edilməsinə yardımçı olacaq və vətəndaşlarımızın iqtisadi itkilərinin maksimum azaldılmasına xidmət edəcək".
Qafar Ağayev