Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub

15:33 - 05 / 04 / 2020
Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Paylaş:
852

Son xəbərlər

Bütün xəbərlər