Azərbaycanda havanın soyuq olmasının səbəbi AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda havanın soyuq olmasının səbəbi AÇIQLANDI

13:45 - 07 / 04 / 2020
Azərbaycanda havanın soyuq olmasının səbəbi AÇIQLANDI

“Azərbaycanda hava şəraitinin soyumasına arktik hava kütlələrinin Şərqi Avropadan keçərək ölkə ərazisinə daxil olması səbəb olub”.

1news.az xəbər verir ki, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib.

O deyi ki, aprelin 9-u gündüz saatlarınadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçməsi, temperaturun tədricən aşağı enməsi, dağlıq ərazilərdə isə qar yağması gözlənilir.

M. Həsənov qeyd edib ki, aprelin birinci və ikinci ongünlüyündə ölkənin dəniz səviyyəsindən 1000-1500 metrdən yüksək olan dağlıq ərazilərinə qarın yağması mümkündür və belə hal bu dövr üçün səciyyəvidir. Onun sözlərinə görə, bu dövrdə qarın yağması ötən illərdə də müşahidə edilib.

1news.az

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər