Kamaləddin Qafarov: “Prezidentimizin əfv sərəncamı çox böyük hümanist addımdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Prezidentimizin əfv sərəncamı çox böyük hümanist addımdır”

13:10 - 08 / 04 / 2020
Kamaləddin Qafarov: “Prezidentimizin əfv sərəncamı çox böyük hümanist addımdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq,  aprelin 6-da  “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Bu sərəncamla azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı olan 176 nəfər  cəzasının çəkilməmiş hissəsindən  azad edilməsi  Prezidentimizin  çox böyük hümanist addımı kimi dəyərləndirilməlidir.

Bu sözləri millət vəkili Kamaləddin Qafarov ölkə Prezidentinin aprelin 6-da imzaladığı əfv sərəncamına münasibət bildirərkən söyləyib. O, demişdir ki, Sərəncamın icrası artıq aprelin 7-də  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin  tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Əfv olunan  şəxslər onlara göstərilən  humanizm və  mərhəmətə, dünyada  baş verən  mürəkkəb  proseslər zamanı onları da unutmadıqlarına görə  dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  dərin minnətdarlıqlarını bildiriblər.

Milli Məclisin deputatı  vurğulayıb ki,   dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar  yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan,  yaşı 65-dən yuxarı olan məhkumların əfv edilməsi  dövlətimizin humanist siyasət prinsiplərinə daim sadiq qaldığını bir daha təsdiq edib.

Paylaş:
891

Son xəbərlər

Bütün xəbərlər