Baş nazir Milli Məclisə videohesabat verəcək

Milli Məclisdə Baş nazirin plenar iclasda videohesabatı dinləniləcək.
1news.az xəbər verir ki, bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Baş nazir Əli Əsədovun videohesabatında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini təqdim edəcək.
Videohesabat təqdim olunandan sonra aparılacaq müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər kabinetinə göndəriləcək.
Yaşı 65-i keçmiş deputatların plenar iclasda iştirakına gəlincə, A. Təvəkküloğlu bildirib ki, onlardan xahiş olunub ki, karantin rejiminin qaydalarına əməl olunsun.
1news.az
468