Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ölüb

17:54 - 08 / 04 / 2020
Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ölüb

Ötən ay metil spirtindən zəhərlənmə ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 13 nəfər müraciət edib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə şöbə müdiri Azər Maksudov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 8 nəfər dünyasını dəyişib:

"Bu müddət ərzində dəm qazından 11 nəfər zəhərlənib. Onlardan 3 nəfər xəstəxanaya stasionar qəbul edilib, 8 nəfər isə ambulator müayinədən sonra evə buraxılıb. Mart ayında 3 nəfər sirkə turşusundan zəhərlənib, 6 nəfər isə allergik reaksiya ilə əlaqədar xəstəxanaya qəbul olunub. Həmin şəxslərdən ölən olmayıb".

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər