Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı - RƏSMİ

17:10 - 08 / 04 / 2020
Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı - RƏSMİ

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb.

1news.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi brifinq zamanı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

Məlumata görə, koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılıb.

1news.az

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər