TƏBİB sədrindən XƏBƏRDARLIQ: Məcbur qalıb müraciət edəcəyik | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB sədrindən XƏBƏRDARLIQ: Məcbur qalıb müraciət edəcəyik

17:49 - 08 / 04 / 2020
TƏBİB sədrindən XƏBƏRDARLIQ: Məcbur qalıb müraciət edəcəyik

“Yoluxma hallarının artması icazə rejimi tətbiq olunmamışdan əvvəl karantin qaydalarına əməl edilməməsinin nəticəsidir.Təəssüf hissi ilə bir daha bildirmək istəyirəm ki, əgər vətəndaşlar karantin qaydalarına riayət etməsələr biz tibb müəssisələrindən məsul olan bir qurum olaraq məcburiyyət qarşısında qalıb müraciət edəcəyik”.

1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib deyib: “Biz öz resurslarımızı sərəfbər etmişik, pasientlərin hansı ssenarilərlə sayının artmasına hazırlığımızı görmüşük. Bunun üçün 22 tibb müəssisəsi ayrılıb. Bu 22 tibb müəssisəsinin öz kollektivi cəlb edilib, bundan başqa qonşu rayonlardan və Bakı şəhərindən təcrübəli mütəxəssislər səfərbər edilib. Ayırdığımız 22 tibb müəssisəsində mövcud süni tənəffüs cihazları və orada mövcud olan resurslarımız analiz edilib”.

Ramin Bayramlı deyib ki, göndərilən mütəxəssislər xüsusi təlimlərdən keçib.

“Bakıda xüsusi təlimçi qruplar hazırlanıb, öncə təlimçilərin təlimi verilib, bu təlimlərin bir qismi xarici dövlətlərlə telekonfranslar vasitəsilə verilib. Hal-hazırda bizim təlimçilərimiz rayonlara ezam olunmuş tibb işçilərinin təlimi ilə məşğuldurlar”.

TƏBİB sədri bildirib ki, bütün ağır hallara qarşı xəstəliyin qarşısının alınması çox önəmlidir.

“Bir daha qeyd edirəm ki, əgər biz buna riayət etməsək, süni tənəffüsə keçə biləcək xəstələrin sayı çox olsa bizi acı nəticələr gözləyəcək. Qonşu ölkələri, Avropa ölkələrinin çoxunu seyr edirik, süni tənəffüsə bağlananların çoxu itirilir. Bunun səbəbi odur ki, iki xəstəliyi olanların ağ ciyəri zədələnir”.

Qafar Ağayev

Paylaş:
795

Son xəbərlər

Bütün xəbərlər