“Çölə az çıxsaq maskaya tələbat da azalacaq” – İbrahim Məmmədov | 1news.az | Xəbərlər
Cəmiyyət

“Çölə az çıxsaq maskaya tələbat da azalacaq” – İbrahim Məmmədov

18:02 - 08 / 04 / 2020
“Çölə az çıxsaq maskaya tələbat da azalacaq” – İbrahim Məmmədov

“Ölkədə vəziyyət elədir ki, maskaların qiymətinin qalxması halları olur. Amma İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, belə hal olmasın”.

1news.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi brifinq zamanı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

“Yeni müəssisə gün ərzində maksimum 200 min maska istehsal edə biləcək, üstəlik idxalı da davam etdirəcəyik. Bundan başqa 5 milyon maska ehtiyatımız var və hər gün apteklərə 450 min maska paylanılır. Təbii ki, tələbat artarsa istehsalatı artırmaq imkanlarımız var. Digər tərəfdən insanlar evdən az çıxsalar maskalara olan tələbat da az olacaq”.

1news.az

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər