HƏMRƏYLİK: Heydər Əliyev Mərkəzindən İtaliyaya dəstək | 1news.az | Xəbərlər
Cəmiyyət

HƏMRƏYLİK: Heydər Əliyev Mərkəzindən İtaliyaya dəstək

21:31 - 08 / 04 / 2020
HƏMRƏYLİK: Heydər Əliyev Mərkəzindən İtaliyaya dəstək

Azərbaycanın koronavirus («COVID-19») xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəylik ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub. Bayraq təsvirini italyan musiqisi müşayiət edib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

S.Xankişiyeva

 

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər