Suraxanıda “Köhnə Hamam”dan kişi meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda “Köhnə Hamam”dan kişi meyiti tapıldı

11:11 - 08 / 04 / 2020
Suraxanıda “Köhnə Hamam”dan kişi meyiti tapıldı

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən "Köhnə Hamam" deyilən tikilinin içində kişi meyiti tapılıb.

1news.az-ın məlumatına görə, araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib. Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.

1news.az

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər