HƏMRƏYLİK: Heydər Əliyev Mərkəzindən Rusiyaya dəstək   | 1news.az | Xəbərlər
Cəmiyyət

HƏMRƏYLİK: Heydər Əliyev Mərkəzindən Rusiyaya dəstək  

22:26 - 09 / 04 / 2020
HƏMRƏYLİK: Heydər Əliyev Mərkəzindən Rusiyaya dəstək  

Aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus ("COVID-19") xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.

Bu barədə 1news.az-a Mərkəzdən bildiriblər.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

S.Xankişiyeva

 

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər