TƏBİB-in sədri pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-in sədri pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib

16:51 - 10 / 04 / 2020
TƏBİB-in sədri pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib

Bu gün TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Tibbi Qərargahın üzvləri ölkədə müəyyən edilmiş pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, videokonfransda xəstəxana rəhbərlərinin iş prosesində üzləşdiyi problemlər və təkliflər dinlənilib və həlli istiqamətində müzakirələr, eyni zamanda, ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübə mübadiləsi aparılıb.

Daha sonra TƏBİB rəhbərliyi tərəfindən zəruri tapşırıqlar və tövsiyələr verilib. Bu görüşlərin mütəmadi keçirilməsi barədə qərar qəbul edilib.

1news.az

Paylaş:
813

Son xəbərlər

Bütün xəbərlər