Koronaviruslu xəstələrin müalicəsi üçün 6 modul tipli xəstəxana qurulur - VİDEO

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
1news.az-ın məlumatına görə, sərəncamla hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 14,8 milyon manat ayrılıb.
Belə xəstəxanalardan biri paytaxtın Hənifə Ələsgərov küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində tikilir.
Modul tipli xəstəxanaların qurulması tam başa çatdıqdan sonra bütün palatalar lazımi avadanlıqlarla təchiz ediləcək.
Qeyd edək ki, hazırda ölkə ərazisində 22 xüsusi rejimli xəstəxanada virusa yoluxanların müalicəsi həyata keçirilir. Modul tipli xəstəxanlar da infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün qurulur.
Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1news.az