HƏMRƏYLİK: Heydər Əliyev Mərkəzindən İspaniya dəstək | 1news.az | Xəbərlər
Cəmiyyət

HƏMRƏYLİK: Heydər Əliyev Mərkəzindən İspaniya dəstək

22:56 - 10 / 04 / 2020
HƏMRƏYLİK: Heydər Əliyev Mərkəzindən İspaniya dəstək

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 10-da Heydər Əliyev Mərkəzinin binası üzərinə İspaniya Krallığının bayrağı videoproyeksiya olunub.

1news.az-ın verdiyi xəbərə görə, bayraq təsvirini ispan musiqisi müşayiət edib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya və Rusiyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

S.Xankişiyeva

 

Paylaş:
906

Son xəbərlər

Bütün xəbərlər