İkili diplom proqramı üzrə magistraturaya sənəd qəbulunun müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İkili diplom proqramı üzrə magistraturaya sənəd qəbulunun müddəti uzadılıb

13:51 - 13 / 04 / 2020
İkili diplom proqramı üzrə magistraturaya sənəd qəbulunun müddəti uzadılıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə sənəd qəbulunun müddəti dəyişdirilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, müddət 20 may 2020-ci il tarixinədək uzadılıb.

Məlumat üçün bildiririk ki, sözügedən proqram üzrə cari ilin 13 mart tarixində sənəd qəbulu barədə elan verilmişdi.

Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.

Qafar Ağayev

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər