Ermənistana yardım iddiası ilə bağlı Türkiyə səfirliyindən AÇIQLAMA

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildirir ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib".
Bunu 1news.az-a Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirərkən deyib. Bildirilib ki, bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz.
Qafar Ağayev
658