Binəqədidə karantin qaydalarını pozan kafe aşkar edilib, 6 nəfər cəzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə karantin qaydalarını pozan kafe aşkar edilib, 6 nəfər cəzalanıb

14:46 - 13 / 04 / 2020
Binəqədidə karantin qaydalarını pozan kafe aşkar edilib, 6 nəfər cəzalanıb

Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərəndiyi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq 5-ci Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

1news.az

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər