Bu gündən əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanır

16:14 - 13 / 04 / 2020
Bu gündən əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanır

Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu məqsədlə DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib.

Bu gündən artıq həmin ictimai iş yerlərinin yaradılmasına başlanacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.

1news.az

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər