Azərbaycanda daha 50 nəfər koronavirus infeksiyasına yoluxub, 39 nəfər müalicə olunaraq sağalıb – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 50 nəfər koronavirus infeksiyasına yoluxub, 39 nəfər müalicə olunaraq sağalıb – RƏSMİ

18:05 - 13 / 04 / 2020
Azərbaycanda daha 50 nəfər koronavirus infeksiyasına yoluxub, 39 nəfər müalicə olunaraq sağalıb – RƏSMİ

Azərbaycan Respublikasında 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

S.Xankişiyeva

 

 

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər