Ötən gün karantin qaydalarını pozan 1503 sürücü cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün karantin qaydalarını pozan 1503 sürücü cərimələndi

10:20 - 13 / 04 / 2020
Ötən gün karantin qaydalarını pozan 1503 sürücü cərimələndi

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumatlar açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsində 1news.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

Paylaş:
1003

Son xəbərlər

Bütün xəbərlər