Milli Məclis Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ilə bağlı açıqlama yayıb

22:57 - 13 / 04 / 2020
Milli Məclis Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ilə bağlı açıqlama yayıb

Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəməsi ilə bağlı mətbuatda yayılan məlumat tamamilə yanlışdır.

Bunu Trend-ə Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu bildirib ki, bu məlumat həqiqəti əks etdirmir: "“Bütün deputatlar və Milli Məclisin Aparat və İşlər İdarəsinin işçiləri fonda 250 min manatdan artıq vəsait köçürüb. Bu məsələni Milli Məclisin sədri Sahibə Qafarova parlamentin son iclasında da qeyd etdi və ictimaiyyətə açıqladı ki, Milli Məclisin deputatları və əməkdaşları fonda ümumilikdə 250 min manatdan artıq vəsait köçürüb:

"Əgər lazım gəlsə, siyahı var və biz onu mətbuata, ictimaiyyətə açıqlaya bilərik".

S.Xankişiyeva

 

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər