Nazirliyin psixoloji dəstəklə bağlı “Qaynar xətt”inə bu qədər zəng olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirliyin psixoloji dəstəklə bağlı “Qaynar xətt”inə bu qədər zəng olub

11:36 - 13 / 04 / 2020
Nazirliyin psixoloji dəstəklə bağlı “Qaynar xətt”inə bu qədər zəng olub

6-10 aprel 2020-ci il tarixlərində Təhsil Nazirliyinin 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 250 zəng daxil olub. 

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, müraciətlərin mövzusu əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli olub. 

 Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib. 

Qeyd edək ki, Aprelin 6-da Təhsil Nazirliyinin psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verilib. 146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qafar Ağayev

Paylaş:
810

Son xəbərlər

Bütün xəbərlər