ABŞ səfirliyindən Heydər Əliyev Mərkəzinə TƏŞƏKKÜR | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ səfirliyindən Heydər Əliyev Mərkəzinə TƏŞƏKKÜR

13:21 - 14 / 04 / 2020
ABŞ səfirliyindən Heydər Əliyev Mərkəzinə TƏŞƏKKÜR

Biz ABŞ bayrağını möhtəşəm memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə öz minnətdarlığımızı bildiririk.

1news.az-ın məlumatına görə, bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada öz əksini tapıb.

Məlumatda bildirilir: "Belə çətin zamanda bu, ABŞ-la Azərbaycan arasındakı həmrəyliyin və iki millət arasında olan dostluğun nümunəsidir. Biz birlikdə COVID-19 pandemiyasına qalib gələcəyik!".

Qeyd edək ki, aprelin 13-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Amerika Birləşmiş Ştatlarının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.

Qafar Ağayev

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər