Naqif Həmzəyev: Dövlət başçısının bütün vətəndaşların həyatını düşündüyünü aydın şəkildə görürük | 1news.az | Xəbərlər
Cəmiyyət

Naqif Həmzəyev: Dövlət başçısının bütün vətəndaşların həyatını düşündüyünü aydın şəkildə görürük

13:10 - 15 / 04 / 2020
Naqif Həmzəyev: Dövlət başçısının bütün vətəndaşların həyatını düşündüyünü aydın şəkildə görürük

“Təkcə ötən 2019-cu ildə ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, 2020-ci ilin də sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından uğurlu olacağını yanvar, fevral ayında əldə olunan sosial-iqtisadi göstəricilər proqnozlaşdırırdı.

“Dünyanı, sözün həqiqi mənasında, təşvişə salan sərhəd tanımayan koronavirus pandemiyasının mənfi təsiri mart ayında ölkəmizin sosial-iqtisadi inkişafından da yan keçmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə ölkə Başçımızın dediyi kimi əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı”.

“Müşavirədə pandemiyanın mənfi təsirlərinə baxmayaraq, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyətin nəzarət altında saxlandığına diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır” – deyə deputat fikirlərinə əlavə edib:

“Yer kürəsinə qara kabus kimi çökən karonavirus pandemiyası can almaqda davam etdiyi, nəhəng dövlətlərin gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verdiyi halda Azərbaycanda koronavirusla mübarizə ən yüksək səviyyədə davam etdirilir. Atdığı bütün qabaqlayıcı addımlarla Azərbaycan dövləti virusu lokallaşdırmağa qismən nail ola bilib, xəstələrin müalicəsi, ölüm hallarının az olmasına müvəffəq olub. Hər bir dövlətin gücü çətin vəziyyətlərdə atdığı addımlarla, hadisələri nəzarətdə saxlamaq imkanları ilə, bütün problemlərin öhdəsindən layiqincə gəlmək qabiliyyəti ilə ölçülür. Azərbaycan dövləti bu mənada Prezident İlham Əliyevin liderliyi ilə belə çətin vaxtda da öz gücünü, qüdrətini göstərməkdədir”.

N.Həmzəyevin sözlərinə görə, ötən illərdə sosial-iqtisadi sahədə qaznılan uğurların nəticəsidir ki, bu gün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkənin yardım üçün müraciət etdiyi siyahıda Azərbaycanın adı yoxdur:

“Son illərdə ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin sayəsində sosial-iqtisadi sahələrdə əldə edilən böyük uğurlar imkan verir ki, ölkəmiz resursları hesabına koronavirusla mübarizəni ən yüksək səviyyədə davam etdirsin, vətəndaşların sağlamlığı ilə yanaşı madi-rifah halı da diqqətdə saxlanılsın”.

““Videokonfransda diqqətçəkən məqamlardan biri də möhtərəm Prezidentimizin “Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı”-söyləməsi oldu”- deyə millət vəkili fikirlərinə əlavə edib:

“ Təbii ki, biz hər an, hər dəqiqə Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı, yüksək həyat şəraitinin yaxşılaşdırılmasının dayandığının şahidi oluruq. Dövlət Başçısının bütün vətəndaşların həyatını düşündüyünü və dövlətin gücünü tam olaraq bu istiqamətə sərf etdiyini aydın görürük. Belə həssas məqamda da Azərbaycan Prezidenti mütəmadi olaraq xalqa müraciətlər etməklə insanları məsuliyyətli olmağa, qayda-qanunlara əməl etməyə çağıraraq hər bir vətəndaşın həyatından necə narahat olduğunu nümayiş etdirir və biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik”- deyir”.

Qafar Ağayev

 

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər