Vüqar Bayramov: 2020-ci ildə ölkədə nəzərdə tutulan sosial proqramların icrası ilə bağlı çətinlik olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Bayramov: 2020-ci ildə ölkədə nəzərdə tutulan sosial proqramların icrası ilə bağlı çətinlik olmayacaq

14:11 - 15 / 04 / 2020
Vüqar Bayramov: 2020-ci ildə ölkədə nəzərdə tutulan sosial proqramların icrası ilə bağlı çətinlik olmayacaq

“2020-ci ilin 1-ci rübünün, sonuncu ayı pandemiya dövrünə təsadüf etməsinə baxayaraq, Azərbaycan ümumid daxili məhsulda və xüsusən qeyri-neft ümudidaxili məhsulda artım tempini qoruyub saxlayıb”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramlı deyib. Deputat bildirib ki, qeyri-neft ümumi daxili məhsulunda 3 faiz artım qeydə alınıb.

“Bu da nəticə etibarı ilə qeyri-neft sektorunun birinci rübdə inkişaf etməsi anlamına gəlir. Eyni zamanda məhz 2020-ci ilin birinci rübündə pandemiyanın iqtisadiyyata, sahibkarlara, eləcə də vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması prioritet idi. Ölkə Prezidentinin qeyd etdiyi kimi Azərbaycan dövləti üçün vətəndarımızın sağlamlığı hətta iqtisadi aktivlikdən belə önəmlidir və nəticə etibarı ilə ölkə Prezidenti tərəfindən verilən göstərişlər, eyni zamanda ötən müddətdə qəbul edilən qərarlar birbaşa vətəndaşlarımızın sağlamlığının qorunmasına hesablanıb”.

V.Bayramovun sözlərinə görə, ötən müddətdə pandemiyanın təsirləri minimumlaşdırılması ilə əlaqədar ölkə Prezidentinin tapşırığı ilə reallaşan paketlər üçün 2,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

“4 işçi qrupu tərəfindən paketlər hazırlanıb. Eyni zamanda iqtisadi və sosial paket artıq icra olunmaqdadır. 600 mindən artıq muzdlu vətəndaşımız iqtisadi paket çərçivəsində dövlət dəstəyindən istifadə edir. Eyni zamanda vətəndaşlarımız üçün birbaşa yardımlarla yanaşı sosial proqramlarda iştirakçılıq səviyyəsi genişləndirilir, o cümlədən ünvanlı sosial yardım proqramı, özünüməşğulluq proqramı, sosial xidmətlərin təqdim edilməsi ilə bağlı proqramlarda pandemiya, eləcə də postpandemiya dövründə  daha çox vətəndaşımızın iştirakı nəzərdə tutulub. Təbii ki, məhz birinci rübün yekunları, eləcə də koronavirus pandemiyasının qlobal iqtisadiyyata, strateji məhsullar bazarına təsirləri fonunda dövlət büdcəsinin xərclər hissəsinin strukturuna yenidən baxılması zəruri hal alıb, təbii ki, bu konteksdə cari investisiya xərclərinə yenidən baxılması və təcili olmayan xərclərin təxirə salınması gözlənilir”.

Millət vəkilinin sözlərinə görə, bir tərəfdən büdcə xərclərinin optimallaşdırılması və bu istiqamətdə şəffaflığın gücləndirilməsi baxımından vacibdir.

“Digər tərəfdən mövcud pandemiyanın həm qlobal, həm milli səviyyədə təsirləri nəzərə alınaraq məhz fiskal siyasətin yeniləşməsinə xidmət edir. İnvestisiya və cari xərclərin strukturunda dəyişikliyin olacağına baxmayaq 2020-ci ildə nəzərdə tutulan sosial proqramların icrası ilə bağlı hər hansı bir çətinlik olmayacaq. 2020-ci ilin dövlət büdcəsinin 38,5 faizi birbaşa sosial ödənişlərdi. Ölkə Prezidentinin tapşırığı ilə bu il neftin dünya bazarında qiymətinin aşağı olması və pandemiyanın iqtisadiyyatın 20 fəaliyyət sahəsinə neqativ təsir göstərməsinə baxmayaraq sosial proqramlarda, eləcə də sosial ayırmalarda hərhansı bir azalmalar və ixtisarlar nəzərdə tutulmur. O baxımdan 2020-ci ildə Azərbaycanda nəzərdə tutulan bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bu isə ondan xəbər verir ki, fiskal siyasətə edilən dəyişiklər belə sosial ödənişlərin yerinə yetirilməsi ilə bağlı hərhansı bir çətinlik yaratmayacaq”.

Qafar Ağayev

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər