Azərbaycanda koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir

“Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6sı süni nəfəs aparatına qoşulub”.
1news.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Bu xəstəliyə yoluxanlar arasında kişilərə nisbətən qadınlar arasında üstünlük təşkil edir. ”.
R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var:
“Onların arasında 0-9 yaş və 80 yaş yoluxma da mövcuddur. Bu günə qədər 75 337 test edilib. Ölüm sayı 13-dür. Bu günə ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb”.
S.Xankişiyeva
499