Ramin Bayramlı: 836 aktiv xəstə var, 17-si reanimasiya şöbəsinə yerləşdirilib

Bu gün daha 56 nəfər koronavirusa yoluxub, 53 nəfər sağalıb, ölüm faktə qeydə alınmayıb.
1news.az-ın məlumatına görə, bunu bu ün keçirilən brifinq zamanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, gün ərzində 3661 test icra olunub.
“Ümumilikdə, bu günə qədər 75397 test aparılıb, 1253 nəfər koronavirusa yoluxub, onlardan 13 nəfər vəfat edib. Hazırda 836 aktiv xəstə var ki, onlardan 17 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, 6 nəfərin vəziyyəti daha ağır olduğundan süni nəfəs aparatına qoşulub.
Sağalanların sayı isə 404 nəfərdir ki, bu da virusa yoluxanların 25 faizini təşkil edir”.
1news.az
563