TƏBİB sədri: Türkiyədən 20 Azərbaycanlı həkim ölkəyə gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB sədri: Türkiyədən 20 Azərbaycanlı həkim ölkəyə gətirilib

17:29 - 15 / 04 / 2020
TƏBİB sədri: Türkiyədən 20 Azərbaycanlı həkim ölkəyə gətirilib

“Ötən həftə ölkəmizin imkanları hesabında Türkiyə Cümhuriyyətində təhsil almış gənclərin Azərbaycana gətirilməsi ilə bağlı anons vermişdik”.

1news.az xəbər verir ki, bunu Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in sədri Ramin Bayramlı deyib:

“Azərbaycan Respublikasının Birinci-vitse Prezidentinin təşəbbüsü, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində 20 nəfər mütəxəssis ötən gün ölkəmizin ayırdığı xüsusi təyyarə ilə Bakı Şəhərinə gətirilib və xüsusi otellərdə yerləşdiriliblər. Bu həkimlərin Azərbaycanda fəaliyyəti ilə bağlı xüsusi proqram hazırlanıb. Bununla bağlı sabah brifinq keçiriləcək”.

Qafar Ağayev

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər