Aprelin 20-dən sonra karantin rejimi aradan qaldırılacaqmı? – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprelin 20-dən sonra karantin rejimi aradan qaldırılacaqmı? – RƏSMİ

17:37 - 15 / 04 / 2020
Aprelin 20-dən sonra karantin rejimi aradan qaldırılacaqmı? – RƏSMİ

“Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planını hazırlayırıq”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib:

“Tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir. Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.

Ramin Bayramlı qeyd edib ki, aprelin 20-dən sonra ölkədə tibbi-epidimioloji vəziyyəti nəzərə alınaraq karantin rejimindən tədricən çıxmaqla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcəyik:

 “Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydliyə yol verilməməlidir. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq".

S.Xankişiyeva

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər