Tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır - Ramin Bayramlı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır - Ramin Bayramlı

17:45 - 15 / 04 / 2020
Tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır - Ramin Bayramlı

“Ölkədə 10 modul tipli xəstəxananın qurulmasına başlanıb. Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır”.

1news.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, onlardan 6-sı dövlət, 4-ü isə özəl xəstəxanadır:

“Hazırda həmin xəstəxanaların tibbi heyətin hazırlığına başlanıb. Bunun üçün Çin, Türkiyə və digər ölkələrin təcrübəsi öyrənilir. Artıq tibb müəssisələri koronavirusla bağlı dərman və tibbi ləvazimatlarla təmin edilib”.

1news.az

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər