Xaricdə olan vətəndaşlar üçün portal istifadəyə verilir - Sərhədlər nə zaman açıqlacaq? - RƏSMİ

“Aprelin 20-dən sonra sərhədlərin açılması ilə bağlı Opretiv Qərargah bunun üzərində hər gün düşünür”.
1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:
“Amma siz bilirsiniz ki, gediş-gəlişin dayandırılması onunla bağlı idi ki, ölkədə vəziyyət nəzarətdən çıxmasın, ikincisi bizim karantin ifrastrukturu tam dolmuşdu və buna görə gediş-gəliş məhdudlaşdırılmışdı. Amma indi planlaşdırılır ki, aprelin 20-dən sonra həftədə bütün dünyadan 300-400 nəfər qəbul etmə imkanlarımızz yaranacaq. Yəni infrastruktur yerlərində həftədə 300-400 vətəndaşımızı qəbul etmək, müayinə etmək imkanımız olacaq”.
İ.Məmmədov bildirib ki, ən çox Rusiyadan gələnlər gözlənilir.
“Buna görə də Rusiyadan gələn üçün xüsusi portal hazırlanır. Həmin portal aprelin 17-dən sonra fəaliyyətə başlayacaq. Portalın adı “evəgedirəm”di. Yəni ayın 17-dən Rusiyadan gələn vətəndaşlar qeydiyyata düşməyə başlaya bilərlər və yəqin ki, 20-dən sonra, dəqiq tarix demək tezdi, tədricən Rusiyadan, Türkiyədən və başqa ölkələrdən ümumlikdə həftə ərzində 300-400 vətəndaşımızın ölkəyə qayıtması planlaşdırılır. Bu indiyəqədər hökuməti narahat edən əsas məsələlərdən biridir. Əgər bu pozitiv tendensiya davam edərsə bu dediyim gerçəkləşə bilər”.
Qafar Ağayev