Azərbaycanda 6 həkim koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 6 həkim koronavirusa yoluxub

18:34 - 15 / 04 / 2020
Azərbaycanda 6 həkim koronavirusa yoluxub

Azərbaycanda 6 həkim koronavirus infeksiyasına yoluxub.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlının sözlərinə görə, Cəlilabad Xəstəxanasında 10 həkimin koronavirusa yoluxması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil:

"Həmin xəstəxanada bir həkim və bir nəfər də tibb işçisi virusa yoluxmuşdu. Başqa bir xəstəxanada isə təsərrüfat işçisinin virusa yoluxması müəyyən edilib və o, karantinə götürülüb”.

S.Xankişiyeva

 

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər