#EvdəQal təlimatına əməl edən deputat seçicilərilə onlayn görüşlər keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

#EvdəQal təlimatına əməl edən deputat seçicilərilə onlayn görüşlər keçirib - FOTO

20:17 - 15 / 04 / 2020
#EvdəQal təlimatına əməl edən deputat seçicilərilə onlayn görüşlər keçirib - FOTO

#EvdəQal təlimatına əməl edən Abşeron-Qobustan seçki dairəsinin vətəndaşları ilə onlayn görüşlər həyata keçirildi.

1news.az-ın verdiyi xəbərə görə, Milli Məclisin deputatı Şahin Seyidzadə bu gün, Abşeron rayonu üzrə Qobu, Saray, Hökməli və Ceyranbatan kənd və qəsəbələri, Qobustan rayonu üzrə isə Qobustan şəhəri və Sədəf kəndindən olan seçicilərimizlə onlayn video görüşlər keçirib.

Fərdi olaraq baş tutan görüşlərdə məşğulluq sahəsi üzrə iş müraciətləri, hüquq sahəsi üzrə məhkəmə və aliment prosesləri, mədəniyyət sahəsi üzrə tarixi abidələrin restavrasiyası və təmiri ilə bağlı, sosial məsələlər üzrə sosial yardımlar, ev növbəsi mövzuları, həmçinin tibb və təhsil sahələri ilə bağlı ilkin müraciətlər ətraflı dinlənilib.

Qeyd edək ki, hal-hazırda qüvvədə olan karantin rejimi ilə bağlı bu tipli görüşlər seçki dairəsinə daxil olan müraciətlər əsasında seçicilərlə davamlı olaraq keçiriləcəkdir.

S.Xankişiyeva

Paylaş:
1552

Son xəbərlər

Bütün xəbərlər