Bakıda iki bacı dəm qazından öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki bacı dəm qazından öldü

09:49 - 15 / 04 / 2020
Bakıda iki bacı dəm qazından öldü

Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

1news.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən 34 nömrəli binanın 4 nömrəli mənzilində qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək Bakıda yerləşən şirkətlərin birində reklam agenti işləyiblər.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
993

Son xəbərlər

Bütün xəbərlər