Azərbaycan ordusunda PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan ordusunda PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir - VİDEO

1news Redaksiyası09:54 - 15 / 04 / 2020
Azərbaycan ordusunda PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri  vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Qafar Ağayev

Paylaş:
605

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər