Karantin qaydalarını pozduqlarına görə məsuliyyətə cəlb edilənlərin sayı AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin qaydalarını pozduqlarına görə məsuliyyətə cəlb edilənlərin sayı AÇIQLANDI

10:14 - 15 / 04 / 2020
Karantin qaydalarını pozduqlarına görə məsuliyyətə cəlb edilənlərin sayı AÇIQLANDI

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 14.04.2020-ci il saat 00:00-dan 15.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb. 

1news.az xəbər verir ki Baş Dövlət Yol Polisi İdarəsindən(BDYPİ) verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14.04.2020-ci il saat 00:00-dan 15.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1249 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 19936 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər