Bakıya Fordun baqajında keçmək istədi, polis saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya Fordun baqajında keçmək istədi, polis saxladı

10:34 - 15 / 04 / 2020
Bakıya Fordun baqajında keçmək istədi, polis saxladı

Bakı şəhər sakini Bəhərçinov Şamxal Əli oğlu etibarnamə əsasında idarə etdiyi “Ford Focus” markalı 99-CJ-345 dövlət qeydiyyat nişanlı minik avtomobilinin baqaj hissəsində Şəki rayon sakini Ağakişiyev İbrahim Cumalı oğlunu polis keçid postundan paytaxt istiqamətinə keçirmək istəyərkən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)  yaydığı məlumatda bildirilib.

Bildirilib ki, bu hal 15.04.2020-ci il saat 04:20-də Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb.  Qayda pozan sürücü və sərnişin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Qafar Ağayev

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər